02 fevral 2025
93
Mehriban Əliyeva gəncləri təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib.Yenimeydan.info xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib:
"Qoy hər bir gəncimiz öz zəkası, biliyi, bacarığı, qələbə və nailiyyətləri ilə xalqımızı hər zaman qürurlandırsın!"
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.




