21 noyabr 2024
12
Dünya bazarlarında neftin qiyməti artıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,22% artaraq 1 barelə görə 72,98 ABŞ dolları təşkil edib.
Yenimeydan.info -nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,25% artaraq 1 barelə görə 68,92 ABŞ dolları olub.