05 dekabr 2025
10

Futbolda mərc qalmaqalı: “Fənərbaxça” və “Qalatasaray”ın futbolçuları saxlanıldı

  Türkiyədə saxlanılanlar arasında “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş və “Qalatasaray”ın oyunçusu Metehan Baltacı da var.Yenimeydan.ifo-nun NTV-yə istinadən xəbərinə görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətə “Futbol mərc oyunları araşdırması” kimi tanınan işin ikinci hissəsi çərçivəsində “Qalatasaray”ın futbolçusu Metehan Baltacının öz klubunun oyunlarına mərc etdiyi aşkarlanıb.
Eyni zamanda, “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaşın başqası vasitəsilə qanuni mərc oyunlarında iştirak etdiyi məlum olub.
***
Türkiyə futbolunda mərc qalmaqalı ilə başlayan istintaq çərçivəsində aparılan əməliyyatın ikincisi mərhələsi başlayıb.
İstanbul Baş Prokurorluğunun futbolda şübhəli mərc oyunları və oyun nəticələrinə təsir iddialarına dair apardığı araşdırma çərçivəsində çox sayda peşəkar futbolçu, eləcə də bir sıra klub rəsmiləri və prezidentləri saxlanılıb.
Məlumata görə, hazırda saxlanılan şəxslərin ifadələrinin alınması və istintaqın genişləndirilməsi istiqamətində işlər davam edir.