12 yanvar 2024
165
İlham Əliyev KİMLƏRLƏ vidalaşır? – Başına “Dəmir yumruq” dəyəcək məmurların SİYAHISI
2024-ci il, xüsusən 7 fevral seçkisindən sonrakı dövr Azərbaycan hakimiyyəti qarşısında yeni tələblər, sosial sifarişlər qoymaqdadır. Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində özü də anons etdi ki, 2023, 19 sentyabrdan (antiterror tədbiri) sonra Azərbaycan üçün yeni DÖVR başlanır. Amma eyni zamanda, dövlət başçısı eyham vurdu ki, əldə olunan Zəfəri istismar etmək olmaz. Bu, kifayət qədər sərrast və ünvanlı ismarış idi: məmuriyyət, Nazirlər Kabineti, qanunverici və icraedici orqan qarşısında… Yəni heç kim arxayınlaşmamalı, qələbənin bəhrəsindən sui-istifadə etməməlidir. Ona görə 7 fevralda keçiriləcək prezident seçkisinin ardınca Azərbaycan dövlətinin, siyasi elitanın, hakim komandanın qarşısında cari öhdəliklər, cəmiyyətin onlardan gözləntilərinin yerinə yetirilməsi məsuliyyəti var. Çünki qalib xalqın, qalib ölkənin rifah səviyyəsi də qələbəyə adekvat olmalıdır. O baxımdan həm sosial-iqtisadi inkişaf planı, həm yeni proqramlar tətbiq olunmalıdır, kölgə iqtisadiyyatı minimuma endirilməlidir, şəffaflıq daha da artırılmalıdır, inhisarçılıq azalmalı, sahibkarlığın inkişafı üçün iqtisadiyyata liberallıq verilməlidir və ən əsası suverenliyini tam bərpa etmiş ölkədə diqqət daxili inkişafa, idarəetməyə yönəlməlidir. Xüsusən də hakim komanda üzvləri, yerli idarəetmə orqanları, bütövlükdə nazir-məmur korpusu yeni DÖVRƏ hazırlaşmalıdırlar.Tribunainfo.az-ın siyasət şöbəsi təhlil edir ki, bu gözləntilərin olduğunu cəmiyyətdən eşidilən çağırışlar təsdiqləyir. İstər sosial media platformalarında, istərsə insanlarla gündəlik təmaslarda görmək mümkündür ki, əhali hakimiyyətdən yeni dönəmə uyğun bir idarəetmə, məmurlarından şəffaf fəaliyyət tələb edir. Özəlliklə, bu çağırışlar Prezidentin mövqeyi ilə üst-üstə düşür: səriştəsiz, korrupsiyaya bulaşmış, xalqla işləməyən, tamahkar məmurlar cəzalanmalı, gənc, amma dürüst kadrlar önə çəkilməli, bir məmur 5 ildən artıq eyni vəzifədə qalmamalı… Bu, dövlıt başçısının 2018-ci ildən bəri həyata keçirdiyi yeni idarəetmə modelidir ki, 2024-cü ildə daha köklü şəkildə davam etdirilməsinə ümidlər bəslənir. Və bu müddətdə dəfələrlə görünüb ki, ölkə başçısı etimadı doğrultmayan məmuru, naziri vəzifədə saxlamır. Ona görə 2024 sınaq ilidir, yeni dövrə keçid mərhələsidir, hakimiyyət-xalq, məmur-xalq arasında əlaqələrdə yeni fazaya keçid etmək fürsətidir. Lakin bu imtahandan kəsilə biləcək məmurların olacağı haqda proqnozlar, yeni informasiyalar səslənməkdədir. Çünki Prezident komandasında olan üzvlərin “əl işinə” baxmağı unutmur və daha sonra qərar verir. Bu seçkinin favoriti İlham Əliyevin olduğunu nəzərə alsaq, o zaman 7 fevraldan sonra həmin komandaya “əl gəzdirəcəyi” də şəkk-şübhə doğurmur.
Gələn məlumatlarda qeyd olunur ki, əməl və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev başına “dəmir yumruq” dəyəcək ilk məmurlardan ola bilər. Onun bu illər ərzində sosial təminat sahəsində fəaliyyəti iqtidar üçün başağrısı olub: qəzəbli və narazı kütlə, pensiyası kəsilmiş 200 min küsmüş təbəqə, özünü yandıran, intihar edən, qapını sındıran qazilər, müavinətlərin təyin olunmasında haqsızlıqla üzləşmiş bir orduya bərabər səviyyədə kütləvi narazılar… Yəni saymaqla qurtarmaq mümkün deyil və Sahil Babayev ən çox şikayət, narazılıq edilən nazirdir. İddialara görə, seçkidən sonra Prezident onu Nazirlər Kabinetində görmək istəməyə bilər.
Məlumatlara görə, ikinci belə şəxsin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun olacağı istisna edilmir. Müharibə dövründə sınaqdan çıxmayan, bu gün də siyasi-diplomatik, eləcə də informasiya savaşı getdiyi zamanda fəaliyyəti sıfıra bərabər olan, diaspor sahəsində hər hansı işi gözə görünməyən komitə sədri də postunu itirə bilər. Ölkəmizə qarşı bu qədər qarayaxma kampaniyası aparılır, beynəlxalq təşkilatlar qərəzli qətnamələr qəbul edir, erməni diasporu gecə-gündüz əleyhimizə iş aparır, Fuad Muradov isə Avropadakı “Azərbaycan evləri”ni biznes kultuna çevirərək diaspor cəbhəsində gedən müharibəyə arxa çevirməməkdədir. Təbii ki, onun fəaliyyətsizliyi Prezidentin diqqətindən kənarda deyil. Ölkə başçısı bu sahə son dərəcə əhəmiyyətli və strateji məsələdir. Lakin Muradov etimadı doğrultmur və son aylarda onun hər hansı parlaq bir layihəsi də nəzərə çarpmayıb. Odur ki, 7 fevraldan sonra onun üçün yeni dövr başlaya bilər.
Bu xüsusda növbəsini gözləyən gənclər və idman naziri Fərid Qayıbov ola bilər. Ümumiyyətlə, nazir xarizması olmayan, gəldiyi gündən qalmaqal, bolqar müavininin rəqsi ilə gündəm olan, sanballı görünməyən F. Qayıbov bu vəzifənin kriteriyalarına cavab vermir. Hər halda sosial mediadakı ictimai rəy bundan ibarətdir. İkincisi, Qayıbovun nazir kimi fəaliyyəti də yenilik gətirmədi. Mərhum Azad Rəhimovdan sonra bu sahədə fərqlilik gətirməli olan, gənc nazir kimi novatorçu olmalı bir məmur heç bir maraqlı layihə həyata keçirməyib, problemlərin həlli üçün addımlar atmayıb. Bu sektor çox axsayır və fundamental dəyişikliklər üçün çırmanıb real iş görəcək kadra zərurət var. Bu mənada istisna edilmir ki, 7 fevraldan sonra yeni gənclər və idman naziri ola bilər.
Gələn xəbərlərdə və təhlillərdə qeyd olunur ki, nəhayət, dördüncü belə bir məmurun Bakının hakimi Eldar Əzizovun olacağı gözlənilir. Şəhər icra hakimi xələfi Hacıbala Abutalıbovla müqayisədə böyük ölçüdə fərqlənmədi. Bu dönəm ərzində Bakının kommunal infrastrukturu, yaşıllaşdırılması, ticarət subyektlərinin təşkili, şəhərin arxitekturasının qorunması, mərkəzi Nizami küçəsi başda olmaqla yolların, səkilərin saxlanması istiqamətində Eldar Əzizovun heç bir səmərəli fəaliyyəti olmayıb. Əksinə, paytaxt böyük kəndə çevrilməkdədir və BŞİH rəhbəri Bakının inkişafı, gözəlliyi, mühafizəsi üçün real işlər görməyib. Ümumiyyətlə, Eldar Əzizov köhnə nomenklatura adamıdır və ondan Sumqayıt, Gəncədə görmədiyimizi Bakıda gözləmək də absurd olardı. Üstəlik, həqiqətən də şəhərimizə rəhbərlik edəcək gənc, həvəskar, yeni təşəbbüslər, ideyalarla çıxış edəcək məmura ehtiyac var. O məmur ki, torpaqların, ərazilərin qarış-qarış satılmasını durdursun, neqativləri aradan qaldırsın, necə deyərlər, Bakının dərdinə dərman olsun. Çünki sadalamaqla bitməyəcək qədər problemlər mövcuddur. O səbəbdən də Eldar Əzizovun da seçkidən sonra yola salınması gözlənilən ehtimaldır….
Tribunainfo.az-ın siyasət şöbəsi