04 may 2023
238
Azərbaycanda 4 günlük iş rejiminə keçiləcək? – Açıqlama
Artıq dünyanın bir sıra ölkələrində, xüsusilə Avropada 4 günlük iş rejiminə keçməklə bağlı qərar verilib.
Son olaraq qonşu Gürcüstanın da bu praktikanın qismən tətbiqinə başlanılıb.
Bəs, Azərbaycanda necə, 4 günlük iş rejiminə keçmək mümkündürmü? Bunun hansı müsbət və mənfi nəticələri ola bilər?
Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev Bakupost.az -a açıqlama verib.
Onun sözlərinə görə, qanunvericilikdə Azərbaycanda 4 günlük iş rejiminə keçməklə bağlı əngəl yoxdur:
“Qanunda işçinin az işləməsi ilə bağlı məhdudiyyət yoxdur. Lakin cəmiyyət, biznes mühiti buna hazır olmalıdır. Bu rejimə keçmək üçün ilk növbədə sosial sifariş olmalıdır”.
Hüquqşünas, bu rejimin müsbət və mənfi tərəfləri haqqında da danışıb:
“Müsbət tərəfi odur ki, istirahət üçün insanların daha çox zamanı olur. Bu da daha yüksək iş potensialı ortaya qoymağa kömək edir. İnsanların 4 gün işləməsi daha məhsuldar olması deməkdir. Lakin bu rejimin mənfi tərəfləri də var. İş günü azaldılarsa, gəlir səviyyəsi aşağı düşə bilər. Məsələn, indi hər hansı şirkətin 10 işçi üçün 10 min manat maaş bazası var. Həftədə 4 günlük iş rejiminə keçdikdə isə şirkət işçi sayını artırmağa məcbur olacaq. Bu zaman da gəlirlər və maaş bazası eyni qaldığı üçün həmin 10 min manatı 15 nəfər arasında bölüşdürməyə çalışacaq. Bu da təbii ki, işçilər üçün əlverişli hal olmayacaq. Digər bir mənfi tərəfi isə odur ki, Azərbaycana Hindistandan, Pakistandan xeyli miqrant gəlir, onlar həftədə 6-7 günlük iş rejiminə belə qane olurlar. Azərbaycanlı işçilər onlarla rəqabətə girə bilməyəcək”.
Ş.Paşayev sonda bildirib ki, Azərbaycanın mövcud iş rejimi düzgün formalaşdırılmalıdır:
“Azərbaycanda 5 günlük, yəni həftədə 40 saatlıq iş rejimi tam şəkildə yerinə yetirilmir. Xidmət sektorunda gündə 8 yox, 10-12 saat işləyirlər. İlk növbədə bunun qarşısını almalıyıq. Daha sonra diqqət etməli olduğumuz məsələ insanların saatlarla tıxacda qalmasıdır. Əksər işlər 9-dan 6-ya kimi olur. İnsanlar işə gedib-gələndə toplam 1-2 saatlarını tıxacda keçirir. Burada itirdikləri vaxt da iş saatlarına əlavə edilməlidir. Bu zaman saat 9-da işə gəlib, 5-də işdən çıxa bilərlər”.

Oxşar Xəbərlər:
Saleh Məmmədov və qudası Əflatun Qasımov Dövlətin pulunu belə mənimsəyir
SEPAH-ın məxfi yığıncağı: Orduda daxili toqquşma var - Şok
10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevin oğlunun “Tik-tok” MACƏRALARI – VİDEO
DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat