03 aprel 2023
222

Bu çörəklərdə kif və maya göbələkləri aşkarlandı – Siyahı

   Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) çörək istehsalı müəssisələrində keçirilən monitorinqlərin nəticəsini açıqlayıb.
AQTA-dan verilən məlumata görə, cari dövr ərzində 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə 108 nümunə götürülüb.
Bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib. 11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəklərdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb.
Aşkar olunmuş uyğunsuzluqlarla bağlı 11 müəssisədə keçirilmiş plandankənar yoxlamalar zamanı 2 müəssisədə yoxlamanın nəticəsi qənaətbəxş olub. 9 müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı 47 nöqsan aşkar edilib. Həmin nöqsanlarla bağlı inzibati protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Sözügedən müəssisələrdən 3-də ciddi pozuntular aşkar edildiyinə görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Laborator nəticələri uyğunsuz olan çörək istehsalçıları barədə məlumatlar aşağıdakı kimidir:
MüəssisəÜnvan
1“Magnat Group” MMCBakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, İ.Dadaşov küçəsi, ev 68a
2Fiziki şəxs Yusubova Təhminə Yusub qızıAbşeron rayonu, Məhəmmədi kəndi
3Fiziki şəxs Süleymanlı Süleyman Dadaş oğluCəlilabad şəhəri, S.Vurğun küçəsi 30
4Fiziki şəxs Hacıyev FazilBəhlul oğluCəlilabad şəhəri, S.Vurğun küçəsi 7
5Fiziki şəxs Rəcəbov QurbanMalik oğluLənkəran şəhəri, H. Abdullayeva küçəsi 27
6Fiziki şəxs İbrahimova Qəribə Rüstəm qızıGəncə şəhəri, N.Nərimanov küçəsi 54
7“Arizoğlu” MMCGəncə şəhəri, 1-ci mkr
8“Beyləqan Taxıl” ASC-nin çörək bişirmə müəssisəsiFüzuli rayonu, Horadiz şəhəri
9“Bərdə-Çörək” ASCBərdə rayonu, S.Vurğun küçəsi 18
10Fiziki şəxs MəmmədovaArzu Nəsir qızıBərdə rayonu, M.Ə.Sabir və H.Aslanovküçələrinin kəsişməsi
11Əhmədov Elnur Namizəd oğluYevlax şəhəri, H.Əliyev prospekti 101
AQTA qeyd edir ki, laborator nəticələri uyğunsuz olan çörək məhsullarının istifadəyə yararlılığı qida təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilmir.