04 dekabr 2025
16

MİDA-nın mənzil satışını DTX araşdırsın – İTTİHAM

    MİDA-nın bu gün həyata keçirdiyi mənzil satışı əməliyyatı hüquq mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ciddi şəkildə araşdırılmalıdır.
 
YeniMeydan.info-nun məlumatına görə, bu barədə korporativ kommunikasiya və PR üzrə mütəxəssis İlham Aslanov bildirib.
O qeyd edib ki, sistem dondurularaq mənzillər 1 dəqiqə ərzində satılıb:
“Sistem dondusa bəs bu mənzillər 1 dəqiqə ərzində necə satıldı?!
Bunu edənlər və arxasında duran məmurlar qanun qarşısında cavab verməlidirlər”.
Qeyd edək ki, bu gün MİDA 672 mənzili satışa çıxarmışdı. Mənzillərin hamısı 1 dəqiqə ərzində satılıb.
Gülşən Rəsul