27 oktyabr 2025
55
Şirvan şəhərində qalmaqallı təyinat – işdən çıxarılan şəxs yenidən rəhbər vəzifəyə gətirildi
Bu gün Şirvan şəhərində diqqətçəkən kadr dəyişikliyi baş verib. Belə ki, iki il öncə Şirvan şəhər Elektrik Şəbəkəsinin rəisi vəzifəsində çalışmış Rəşad Yahyayev yenidən həmin vəzifəyə 17.10.2025-cü il tarixində təyin olunub.Xatırladaq ki, Rəşad Yahyayev vaxtilə məhz bu vəzifədə çalışarkən işində buraxdığı ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılmışdı. Bu hadisədən sonra o, Sabirabad rayon Elektrik Şəbəkəsinə rəis müavini təyin olunmuşdu.
Yenimeydan.info şirvan tvinfo-ya istinadən yazır ki, məlumata görə, onun yenidən Şirvana qayıtması Su Meliorasiya Təsərrüfatının rəisi Zakir Quliyevin xahişi və şəxsi müdaxiləsi ilə mümkün olub. Qeyd edək ki, Zakir Quliyev Rəşad Yahyayevin xalası oğludur.
Rəşad Yahyayevin iki il əvvəl işdən çıxarılmasına səbəb olan hallar barəsində yaxın günlərdə geniş araşdırma yazısı dərc olunacaq.
Əlavə onuda qeyd etmək istəyirik ki nöqsanla işdən çıxarılan şəxs yenidən həmin vəzifəyə gəlməsi Rəşad Yahyayevin xüsusi tapşırıqlar əsasında vəzifəyə gəlməsi hər şeyin sübut edir
Məsələ ilə bağlı adları çəkilən şəxslərin mövqeyini işıqlandırmağa və dərc etməyə hazırıq.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Həbsin kandarından qayıdan Quliyev necə mühüm posta gətirildi... - ŞÜBHƏLİ TƏYİNAT... ŞÜBHƏLİ "ETİMAD"...

Yeni Dövlət Xidməti yaradıldı - Fərman

Prezident əfv sərəncamı imzaladı – SİYAHI