26 oktyabr 2025
75
İstanbulda kütləvi tədbirlərə QADAĞA
Türkiyənin İstanbul şəhərinin dörd rayonunda kütləvi tədbirlər bir günlük qadağan edilib.Yenimeydan.info xəbər verir ki, bu barədə İstanbul vilayət administrasiyası qərar qəbul edib.Bildirilib ki, bir sıra qruplaşmaların şəhərdə qanunsuz toplanma, yürüş və etiraz aksiyası keçirəcəyinə dair məlumat əldə edilib. Həmin aksiyaların “cəmiyyətin sakitliyini və rifahını poza biləcəyini, provokativ addımlar atıla biləcəyini” nəzərə alaraq Beyoğlu, Bayrampaşa, Kağıthane ve Şişli rayonlarında bütün kütləvi tədbirlər Türkiyə saatı ilə 26 oktyabr 00:01-dən 23:59-dək qadağan edilib.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Ərdoğan, yoxsa İmamoğlu –Türkiyə erkən seçimini edir

«TRI KORONA»NIN DIREKTORU QOÇU DƏSTƏSI SAXLAYIR?
Ermənilər Tərtər və Xocavənddə YÜRÜŞ KEÇİRDİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI