21 oktyabr 2025
77
“Zəngəzur dəhlizi 2028-ci ilin sonunadək açıla bilər” - Prezident
“Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər”.Yenimeydan.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında məlumat verib.
“Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”, - dövlət başçısı qeyd edib.
***
İlham Əliyev qeyd edib ki, TRIPP layihəsi mütləq reallaşdırılacaq.
“Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi mövcud olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha böyük potensial olacaq”, - dövlət başçısı vurğulayıb.
Oxşar Xəbərlər:

Astanada İlham Əliyevin Tokayev ilə təkbətək görüşü olub – FOTO

Kasım-Jomart Tokayev də gəldi -FOTOLAR
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi monopoliya yaradır — İş adamından SENSASİON AÇIQLAMALAR…
Zəngəzur dəhlizi: QAÇILMAZ AQİBƏT... - Ekspert danışır