21 oktyabr 2025
58
Fəvvarələr İdarəsi bir ildə 300 min manatlıq dəftərxana ləvazimatı alıb
Bakı Fəvvarələrin İstismarı İdarəsi yeni tenderinə yekun vurub.Tribunainfo.az xəbər verir ki, müsabiqəyə əsasən İdarə dəftərxana və təsərrüfta malları alacaq.
Açıq mənbələrdə qeyd edilir ki, tenderin qalibi “TEXNOLOG” MMC olub. Şirkətlə 185 min 580 manatlıq müqavilə imzalanıb.
Açıq mənbələr üzərindən aparılan araşdırma nəticəsində məlum olub ki, son 1 ildə Bakı Fəvvarələrin İstismarı İdarəsi dəftərxana və təsərrüfat mallarının satınalınması prosesini ikinci dəfə keçirib. Bundan əvvəl də sözügedən qurum 122 min 456 manatlıq dəftərxana ləvazimatı alıb. Belə ki, ötən ilin noyabrında bu məqsədlə “İNTELLEKT M.A” MMC ilə razılaşma əldə olunub.
Xatırladaq ki, Bakı Fəvvarələrin İstismarı İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindədir. Qurumun rəhbəri Qəhrəman Məmmədovdur. O, adı bir çox qalmaqallara qarışmış Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rəfael Mehralıyevin ən yaxın adamlarından biri hesab olunur.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Fərda Uğur
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Rəfail Mehraliyev hər şeyə qadir “FƏZA-F” şirkətinə bu dəfə də dörd yüz min manat verdi

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)

Prezident əfv sərəncamı imzaladı – SİYAHI