21 oktyabr 2025
60
Bir binanın bütün mərtəbəsini Ramiz Mehdiyevə bağışlayıb
Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması onun sərvətini də gündəmə gətirdi.22 il Azərbaycan hakimiyyətinin ən yüksək zirvəsində təmsil olunan Mehdiyev bu illər ərzində milyardlarla var-dövlətə sahib olub.Mehdiyevin fəaliyyəti dönəmində onu sərvət sahibi edən əsas adamlar isə rayon-şəhər icra hakimiyyətlərinin başçıları olub.
Demək olar ki, müxtəlif illərdə Bakının rayonlarına rəhbərlik edənlər Mehdiyevə villalar, yaşayış binalarında çoxsaylı mənzillər hədiyyə edib.
Məlumata görə, Ramiz Mehdiyevə ən bahalı hədiyyə verənlərdən biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov olub.
Belə ki, Eldar Əzizov paytaxt meri gətiriləndən qısa zaman sonra Ramiz Mehdiyevlə isti münasibət qurmağı bacarıb.
Bu münasibət nəticəsində Eldar Əzizov Bakının mərkəzində yeni inşa olunan yaşayış binalarının birində bir neçə mənzili birləşdirərək Mehdiyevə hədiyyə edib.
Məsələ ilə bağlı əməkdaşımız Eldar Əzizovun özü ilə əlaqə saxlamağa çalışıb.
Lakin paytaxt meri telefon zənglərimizi cavabsız buraxıb./gununsesi
Oxşar Xəbərlər:

Mehdiyevin milyonluq hədiyyələri – icra başçılarının tikdirdiyi villalar və mənzillər – SİYAHI

Ramiz Mehdiyevin xəyanət şəbəkəsində kimlər var? - Adlar

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - “Mehdiyev işi”nin DETALLARI

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Prezident əfv sərəncamı imzaladı – SİYAHI