20 oktyabr 2025
57

Prezident Qazaxıstandadır - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstana dövlət səfərinə gedib.
Yenimeydan.info   xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Dövlət başçısını Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.