18 oktyabr 2025
46
Prezidentdən yeni təyinat
2025-ci il 8 oktyabr tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Şamil Etibar oğlu Rzayev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.Yenmeydan xəbər verir ki, bu barədə ANAMA-nın rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, Şamil Rzayev 18 dekabr 1974-cü ildə anadan olub.
O, 1991-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Yanacaq-Energetika Kompleksində İqtisadiyyat və İdarəetmə fakültəsinin bakalavr və magistr pillələrində təhsil alıb.
2000-2001-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) Planlaşdırma və Müqavilələr üzrə mütəxəssis, 2001-ci ildən 2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında İnkişaf üzrə Baş müşavir vəzifəsində çalışıb.
Şamil Rzayev 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Mehriban Əliyevanın doğum günüdür
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI