17 oktyabr 2025
48
Borclu, amma qalib: 6,4 milyonluq tender kimə verildi? - TƏFƏRRÜAT

“Azərenerji” ASC elan etdiyi tenderin nəticələrini açıqlayıb.
"DİA-AZ" xəbər verir ki, tender 2 ədəd 100 MVA gücündə transformatorların satın alınması məqsədilə həyata keçirilib.
Satınalmanın qalibi “ATEF Şirkətlər Qrupu” MMC (VÖEN: 1900930921) olub və şirkətlə bağlanan müqavilənin ümumi dəyəri 6 490 000 AZN təşkil edir.Qeyd edək ki, “ATEF Şirkətlər Qrupu” MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 33 892 585 AZN-dir. Şirkətin qanuni təmsilçisi Emil Əlixanbəyov Talıb oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşir. Şirkət riskli vergi ödəyicisi deyildir və 31 685,02 AZN vergi borcu mövcuddur.
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

ADSEA-nın Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı?

ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -TƏFƏRRÜAT+VİDEO
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI