16 oktyabr 2025
44
Gəncə 2 milyonluq yaşayış binası tikən şirkətlə bağlı qaranlıq məqamlar
Gəncə Şəhər İcra Hakimiyyəti “Reyhan Müəssisəsi” MMC ilə satınalma müqaviləsi bağlayıb.Qaynarinfo xəbər verir ki, müqavilədə Gəncə şəhərində qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi üçün yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur. Tikinti işlərinə görə şirkətə 2 000 000 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Reyhan Müəssisəsi” MMC 9 mart 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5000 manatdır. Şirkətin hüquqi ünvanı Yardımlı rayonu Osnağaran kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Coşqun Valeh oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Vergi sistemində şirkətin 161 966,41 manat vergi borcunun olduğu göstərilir.
Gəncə Şəhər İcra Hakimiyyəti ilə “Reyhan Müəssisəsi” MMC arasındakı satınalma müqaviləsi birmənbə metodu üzrə bağlanıb. Yəni, icra hakimiyyəti tender keçirməyib.
Bu da müəyyən suallar yaradır. Ölkədə tikinti şirkətlərinin sayı-hesabı yoxdur. Yəni, “Reyhan Müəssisəsi” MMC satınalma predmetinə görə alternativsiz şirkət deyil. Bu halda birmənbə metodunu tətbiq etmək əlbbəttə ki, satınalmanın şəffaflığını sual altına qoyur. Biz hələ vergi borcu olan şirkətə sifariş verilməsini demirik.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramovdur. O, 2018-ci ildə şəhərə rəhbərlik edir.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

İbrahim Cəfərov bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurub -DE-FAKTO

“Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir -İLGİNC FAKTLAR

Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar

Prezident əfv sərəncamı imzaladı – SİYAHI