15 oktyabr 2025
137
Xarici şirkətin filialı 23 milyon manatlıq tenderin - QALİBİ SEÇİLDİ
“Naxçıvan Yol Təchizat” MMC tərəfindən elan olunan tenderin nəticələri açıqlanıb."DİA-AZ" xəbər verir ki, tender Naxçıvan şəhəri, Culfa, Şərur və Babək rayonları ərazisində yerləşən bir sıra qəsəbə və kənd daxili avtomobil yollarının əsaslı təmir işlərini əhatə edir.
Tenderin qalibi “Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1500968811) olub. Müqavilənin ümumi dəyəri 22 850 195 AZN təşkil edir.Qeyd edək ki, “Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı 2007-ci ildə yaradılıb. Filialın qanuni təmsilçisi Aydın Polatdır, hüquqi ünvanı isə Goranboy rayonu, Nadırkənd kəndində yerləşir.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər

“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR

Prezident əfv sərəncamı imzaladı – SİYAHI