15 oktyabr 2025
37
Məşhur general işdən azad edildi - ƏMR
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.Bakupost.az -ın əldə etdiyi məlumata görə, onun işdən azad olunması barədə sərəncamın yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı gözlənilir.
İsmayıl Hüseynov 1974-cü il noyabrın 16-da Naxçıvanda anadan olub. O, 2018–2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib.
2023-cü ildən isə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Media nümayəndələri təltif edildi -SİYAHI

Qalmaqallı məktəblə bağlı yeni faktlar - "Direktor sənədləri saxtalaşdırıb" -FOTOLAR+VİDEO

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Prezident əfv sərəncamı imzaladı – SİYAHI