10 oktyabr 2025
43
Azərbaycan millisi Fransaya qarşı
Azərbaycan milli komandası 2026-cı il futbol üzrə dünya çempionatına vəsiqə qazanmaq uğrunda növbəti görüşünə çıxır. Yenimeydan.info xəbər verir ki, komandamızın növbəti rəqibi Fransadır.“Park de Prens” stadionunda keçiriləcək qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.Oyunu Rohit Saqqinin rəhbərliyi ilə Norveçdən olan hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək edəcəklər. VAR-da Tom Harald Haqen, AVAR-da isə Siqurd Krinqstad əyləşəcəklər.
Xatırladaq ki, tərəflər arasında indiyədək iki oyun keçirilib. 1994-cü ildə üz-üzə gələn rəqiblərin görüşü Fransanın 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. 1995-ci ildə Oserdə gerçəkləşən qarşılaşmada isə yığmamız 10 cavabsız qolla məğlub olub.
Qeyd edək ki, komandamızla eyni qrupda, həmçinin İslandiya və Ukrayna milliləri yer alıblar. İslandiya ilə oyun 5-0 rəqibin qələbəsi ilə, Ukrayna ilə matç isə 1-1 hesablı bərabərliklə bitib.
Oxşar Xəbərlər:



