09 oktyabr 2025
58
İctimai nəqliyyatda gedişhaqqı artır, amma keyfiyyət yüksəlmir (VİDEO)
İctimai nəqliyyatda qiymət artır, amma keyfiyyət yüksəlmir. İstər əvvəlki dövrlərdə, istərsə də indi ictimai nəqliyyatda gedişhaqqı artsa da, nə sıxlıq azalıb, nə də basabas.Tribunainfo.az xəbər verir ki, son vaxtlarda isə dəyişən 10 qəpik və pik saatlarda sıxlığın daha da çoxalmasıdır.
Bəzi avtobuslarda gedişhaqqı nəinki 60, hətta 70, 90 qəpik olsa da, yenə eyni problem yaşanır.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, tariflərin tənzimlənməsi sürətlə artan nəqliyyat tələblərini qarşılamaq məqsədilə atılan zəruri addımdır.
Nəqliyyat ekspertləri isə deyirlər ki, avtobus parklarının yenilənməsi prosesi zəif təşkil edilir. Qiymət artımına getməkdənsə, yeni sistem qurulmalıdır. Hər kəs getdiyi ünvana qədər olan məsafənin ödənişini etməlidir.
Yerüstü Nəqliyyat Agentliyindən o da qeyd edilib ki, güzəştlərin tətbiqi məsələsinə bütün nəqliyyat vasitələrinin nağdsız ödənişlərə keçidi təmin olunduqdan sonra baxıla bilər.
Oxşar Xəbərlər:

Bakıda yeni park – Prezident və xanımı açılışda iştirak etdi – FOTOLAR

İctimai nəqliyyatda gedişhaqqı artırıldı

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR
Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI - Gedişhaqları necə təyin olunur?

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)