07 oktyabr 2025
39
“Son dörd ildə artıq beşinci çevriliş cəhdi baş verib” -Kobaxidze

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkədə baş vermiş dövlət çevrilişi cəhdləri ekstremist qrupların agentləri tərəfindən həyata keçirilib.
Məlumata görə, bu barədə o “Rustavi 2” televiziyasına müsahibəsində danışıb.
Baş nazir söyləyib ki, onların sayı təxminən 500 nəfər olub. Həmçinin Kobaxidze qeyd edib ki, əvvəllər inqilab və çevriliş vasitələri, əsasən, siyasi partiyalar idisə, son illərdə artıq bu rol mediasiya və qeyri-hökumət təşkilatlarına keçib. O, bildirib ki, hazırda isə bu prosesə xarici xüsusi xidmətlərin dəstəyi ilə ekstremist qruplar cəlb olunub.
“Gürcüstanda son dörd ildə artıq beşinci çevriliş cəhdi baş verib və planlaşdırılan çevrilişlər qarşısı alınıb. Hökumət növbəti cəhdləri gözləməyərək qabaqlayıcı tədbirlər görməyə hazırdır”, – deyə, İ. Kobaxidze vurğulayıb.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

İlham Əliyev və İrakli Kobaхidze mətbuata bəyanatlarla çıxış ediblər -YENİLƏNİB/FOTOLAR
Seçki sisteminin dəyişməsi partiyaları hərəkətə gətirəcək - GƏLİŞMƏ
Partyaların üzv yoxlanışı: Kimləri və niyə narahat edir? - AKTUAL

Prezident əfv sərəncamı imzaladı – SİYAHI