06 oktyabr 2025
40
III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək
III MDB Oyunları çərçivəsində bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.
Yenimeydan.info-nun məlumatına görə, Şəkidə çövkən üzrə bürünc medal uğrunda matçda Qazaxıstan və Qırğızıstan seçmələri üz-üzə gələcəklər.
Şəkidə eyni zamanda bədii gimnastika üzrə yarışlara start veriləcək.
Gəncə İdman Sarayında voleybol yarışının sonuncu günündə mükafatçılar müəyyənləşəcək.
Sözügedən idman mərkəzində qılıncoynatma görüşləri davam edəcək, güllə atıclığına isə yekun vurulacaq.
Bundan başqa, Gəncədə 3x3 basketbol üzrə yarışın mükafatçıları bəlli olacaq.
Mingəçevirdə isə avarçəkmənin kayak və kanoe üzrə final yarışları keçiriləcək.
Oxşar Xəbərlər:

MDB Oyunları: Güləş və karate yarışlarına start verilir

Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək - MDB Oyunları

Prezident xanımı ilə Gəncədə III MDB Oyunlarının açılışına qatıldı - Fotolar
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI