04 oktyabr 2025
48
Polis Akademiyasında məktəblilər üçün “Açıq qapı” - FOTOLAR
Yenimeydan.info xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda yerləşən 183 nömrəli tam orta məktəbin şagirdləri Polis Akademiyasında keçirilmiş “Açıq qapı” tədbirinin qonağı olublar.
Şagirdlər Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar və yataqxana ilə tanış olublar.
Qonaqlara Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və Akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilib, həmçinin rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə onlayn tanış olmaq imkanı da onların nəzərlərinə çatdırılıb.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

İbrahim Cəfərov bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurub -DE-FAKTO
Hesablama Palatasının BDU-da aşkarladığı nöqsanlar açıqlanıb

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
