03 oktyabr 2025
61
Nazirin atası kitab yazdı, təqdimatına Cəmil Həsənli də qatıldı – FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçi, filologiya elmləri doktoru, professor Rəhim Əliyev Cənubi Azərbaycanda 1945-ci ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökuməti haqqında “Qızıl səhifələr” adlı kitab yazıb. Oktyabrın 2-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərərgahında nəşrin təqdimatı keçirilib.
Kitabda Azərbaycanda Milli Hökumətin (1945-1946) yaranması və fəaliyyəti ilə bağlı sənədlər, M.C.Pişəvərinin və həmin dövrün siyasi xadimlərinin tarixi hadisələrin gedişini əks etdirən məqalə və məktubları toplanıb.
Təqdimat mərasimində VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı, professorlar Qulu Məhərrəmli, Cəmil Həsənli və başqa alimlər, ziyalılar, ictimaiyyət nümayəndələri qatılıb.
Qeyd edək ki, Rəhim Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin atasıdır.
Yenisabah.az

Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...
AMEA-da yüksək vəzifə tutan millət vəkilləri - SİYAHI

Prezident əfv sərəncamı imzaladı – SİYAHI