20 iyun 2025
72
DTX əməliyyat keçirdi: Bu rayonun icra başçısı SAXLANILDI – FOTO

Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.
Yenimeydan.info xəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.
Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.

