03 may 2025
91
Kartdan pulunuz silinibsə, bu xəbəri oxuyun – Rəsmi
Çarəsizlik deyil. Bank kartları ilə bağlı problemlərin həllinə doğru yaxınlaşırıq.Tribunainfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat paylaşıb. O bildirib ki, artıq yüzlərlə vətəndaş şübhəli zəngləri açmır, mesajlarda göndərilən saxta linklərə daxil olmur:
“Bunu görən kiber cinayətkarlar əsasən tanınan brend mağazaların saxta saytlarını yaradıb ucuz qiymətə məhsulları satışa qoyub onlayn ödəniş, əlavə qazanc vədi ilə depozitlər formasında bank kart məlumatlarını əldə etməyə çalışırlar. Bir neçə fakt üzrə vətəndaş aldadılıb. Dünən 14279 manat zərər olub ki, ayrı-ayrı vətəndaşların 7000, 2000, 1500, 1013, 675, 600, 350, 323, 300, 220, 170, 128 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.
Nigar İxtiyarqızı
Oxşar Xəbərlər:

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?

SOS: Elşad Hacıyev ilin sonuna qalmış az müddət ərzində iş görmədən dövlət vəsaitini silmək istəyir?

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)

Prezident əfv sərəncamı imzaladı – SİYAHI