02 may 2025
90
Velosiped Federasiyasında YENİ PREZİDENT
Azərbaycan Velosiped Federasiyasına (AVF) yeni prezident seçilib.Yenimeydan.info xəbər verir ki, AVF-nin növbədənkənar ümumi yığıncağı bu gün keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Daha sonra AVF-nin baş katibi Elnarə Musayeva ötən dövr ərzində görülən işlərin hesabatını təqdim edib.
Tədbirdə AVF prezidenti Mədət Quliyev çıxış edərək, təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək qurum rəhbərliyinə uğurlar arzulayıb.
“Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov AVF-nin yeni prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Sonda Zaur Axundov çıxış edərək etimada görə təşəkkür edib. O, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.
Oxşar Xəbərlər:

Qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq məhkəməyə verildi – Cərimələndi

“Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir -İLGİNC FAKTLAR

Şuşaya işıq çəkən sahibkarın 5 milyon manatını kim mənimsəyib?

Səhiyyə sisteminin VÜQAR XƏSTƏLİYİ... - BU NƏDİ BELƏ?

Prezident əfv sərəncamı imzaladı – SİYAHI