28 aprel 2025
58
“Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi”
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa rayonunun işğalı ilə bağlı Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qeydləri yer alan videomaterial tədqiq edilib.Yenimeydan.info xəbər verir ki,S.Sarkisyan Şuşa əməliyyatının əhəmiyyətininin çox böyük olduğunu bildirib. O deyib: “Bu əməliyyatın əhəmiyyəti o qədər böyük idi ki, Robert Köçəryan özü iştirak edirdi”.Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar Xəbərlər:

Erməni generaldan etiraf: Maşınım “Bayraqdar”la vuruldu...

Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən ermənilərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatdı

Bu gün hərbi cani Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək

Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək

Prezident əfv sərəncamı imzaladı – SİYAHI