27 aprel 2025
79
"Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış

"Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurovun 2022-ci ildə etdiyi bir paylaşım yenidən diqqət çəkib.

32gun.az ki, Seymur Teymurov həmin dövrdə Gənclər və İdman Nazirliyinin təqdim etdiyi yeni loqonu lağa qoyaraq, sosial şəbəkədə fərqli bir paylaşım edib. O, yaşıl fon üzərində "NBM" (Novruz Bayramınız Mübarək) yazılmış sadə bir dizayn paylaşaraq, loqonun həm görünüşünə, həm də 25 min manatlıq dəyərinə istehzalı yanaşıb.
Teymurov paylaşımında "25.000 manatlıq təbrik. Kim fikirləşibsə əladır" sözlərini yazaraq, açıq şəkildə nazirliyin yeni loqosunu ələ salıb.

Xatırladaq ki, 2022-ci ilin martında Gənclər və İdman Nazirliyinin təqdim etdiyi loqo cəmiyyət arasında böyük narazılıqla qarşılanmışdı. 25 min manata başa gələn sadə dizayn sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş, bir çoxları tərəfindən qeyri-peşəkar və zəif iş kimi dəyərləndirilmişdi.
Oxşar Xəbərlər:

“Laser Beauty Clinic”in bağlanan filialından YENİ BİABIRÇI GÖRÜNTÜLƏR: Türkiyəli həkim görün nə paylaşıb / FOTO

“Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir -İLGİNC FAKTLAR

COP29 gündəliyi - 18.11.2024
Beyinləri POZub, milyonları QAZANırlar... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI