27 aprel 2025
86

İranda fövqəladə vəziyyət elan edildi - 14 ölü, 750 yaralı, 6 itkin..

iranda-fovqelade-veziyyet-elan-edildi

İranın Bəndər Abbas şəhərində limanda partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Yenimeydan.info xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Yaralananların sayı isə 750 nəfərə çatıb. Baş verən partlayışdan sonra 6 nəfərin itkin düşdüyü deyilir.
Bildirilib ki, yanğın hələ də tam söndürülməyib. Liman ərazisində yanğının intensivliyi xeyli artıb.
Eyni zamanda ölkədə fövqəladə vəziyyət elan edilib.
***
İranda Bəndər Abbas şəhərindəki limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.