23 aprel 2025
65
Türkiyə və Pakistan terrorla mübarizədə... - Ərdoğan
Türkiyə və Pakistan terrorla mübarizədə ciddi iradə ortaya qoyub.Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.
Ərdoğan həmçinin söyləyib ki, iki dövlət hərbi və müdafiə sahəsindəki əlaqələrini daha da gücləndirəcək, ortaq layihələr ortaya qoyacaq:
"Türkiyə ilə Pakistan arasındakı əməkdaşlıq, şübhəsiz ki, bölgələrimizdə sülh və sabitliyə mühüm töhfə verir. Demək olar, bütün məsələlərdə Pakistanla tam koordinasiyalı hərəkət edirik".
Qeyd edək ki, Ş.Şərif Türkiyədə səfərdədir. O, daha əvvəl R.T.Ərdoğanla təkbətək görüşüb.
Oxşar Xəbərlər:

Türkiyə və Pakistan terrorla mübarizədə... - Ərdoğan

İlham Əliyev Şahbaz Şərifi qarşıladı

İlham Əliyev və İrakli Kobaхidze mətbuata bəyanatlarla çıxış ediblər -YENİLƏNİB/FOTOLAR

İRAN VƏ PAKİSTAN ARASINDA NƏ BAŞ VERİR? - Onillərdir davam edən münaqişənin təfərrüatları
Türkiyə və İran ortaq məxrəcə gəlir - GƏLİŞMƏ