22 aprel 2025
86
Şərurlu İsfəndiyar təqsirləndirilən şəxs oldu
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar çıxarıb.
Şikayətçi iş adamı Emil Səməndərovun vəkili Asim Abbasov məlumatı saytımıza təsdiq edib. Vəkil deyib ki, İ.Axundov özü məhkəmə prosesinə gəlməyib. Hakim onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edib.
Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri E.Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.
Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.
Oxşar Xəbərlər:

“Abşeron A1” MTK-dan Baş prokurora ŞİKAYƏT:Tanınmış yazıçı dələduzluqla üzləşdi...

İsfəndiyarın oğlu niyə həbs olunub? – TƏFƏRRÜAT

“Çoban” İsfəndiyarın milyonluq avtomobil kolleksiyası –FOTO

Hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTI: AR CPM-nin 293.1. və 293.3.7 maddələri –HA-HA-HA SAVADSIZLIQ, YOXSA SAXTAKARLIQ?!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
