21 aprel 2025
49
DTX xaricdə gizlənən cinayətkarı ölkəyə gətirərək həbs etdi
“Qafqazinfo”nun məlumatına görə, müəyyən edilib ki, sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən 08.06.1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Nəcimov Ruslan Rafiq oğlu müxtəlif adlar altında xarici ölkə ərazisində gizlənməyə çalışıb.
DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Nəcimovun xaricdə saxlanılaraq 15.04.2025-ci il tarixində ölkə ərazisinə gətirilib istintaqa cəlb olunması təmin edilib.
Məhkəmənin qərarı ilə Ruslan Nəcimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxşar Xəbərlər:

Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında

Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən ermənilərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatdı
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Bu vəzifəli şəxslər həbs olundu - Rəsmi

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
