19 aprel 2025
29
Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto

Sabunçu rayonunda qanunsuz tikinti işləri aparılır.

XALQ.AZ xəbər xəbər verir ki, paytaxtın Sabunçu rayonu ərazisində bəzi işbazlar qanunsuz tikinti işləri aparırlar. Aparılan tikinti işlərinə icazənin isə rayon icra hakimiyyətindən verildiyi hər kəsə məlumdur.
Sosial şəbəkələrdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində daha bir qanunsuz obyektin inşa edilməsi görüntüləri yayımlanıb. Həmin məlumatda iddia olunur ki, qısa zamanda inşa edilən obyektin tikintisinə “icazəni” Sabunçu İcra Hakimiyyətinin başçısı tərəfindən verilib.
Əldə etdiyimiz məlumata görə Sabunçu rayonunda qanunsuz tikinti işlərinə nəzarət və “icazə” icra hakimiyyətinin başçısının müavini rəhbərlik edir.
Qeyd edək ki, 2012-ci ildən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdir.





Aparılan tikinti işləri ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsidəndə bu məsələyə münasibət bildirilmədi.
Qurumların mövqeyini dərc etməyə hazırıq.

Oxşar Xəbərlər:

Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi -DE-FAKTO

Kazımovski küçəsində piyada səkisini zəbt edən, binaya bitişik obyekt kimindir?- Fotofakt

“Fikrimi düzgün ifadə etməmişəm” – Həbs olunan memar başçı Qaraşovu belə xilas etdi

Qusarın yeni millət vəkili Rəşad Aslanov olacaq…..-Düztahir kəndinin sakinləri…-Video-Foto

Prezident əfv sərəncamı imzaladı – SİYAHI