18 aprel 2025
76

“Ailənizə üz vermiş ağır itki məni olduqca kədərləndirdi” - Prezident

ailenize-uz-vermis-agir-itki-meni-olduqca-kederlendirdi

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğluya başsağlığı verib.
Yenimeydan.info   xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli cənab Çavuşoğlu.
Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.
Allah rəhmət eləsin!”