15 aprel 2025
34

Prezidentdən yeni nazir müavini təyinatları

prezidentden-yeni-nazir-muavini-teyinatlari

Anar Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Anar Mehman oğlu Kərimov maliyyə nazirinin birinci müavini təyin olunub.
Həmçinin Himalay Qabil oğlu Məmişov maliyyə nazirinin müavini təyin edilib.
Qeyd edək ki, Himalay Məmişov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.