11 aprel 2025
16

Dəhşətli qəzanı törədən sürücü kimdir? – “Narkotik, məhkumluq…”

Dəhşətli qəzanı törədən sürücü kimdir? – “Narkotik, məhkumluq…”

Dəhşətli qəzada BYD Forda dəyib sürəti azaltmasaydı çox dəhşətli mənzərə yaranardı. Sürücü barədə yaxşı informasiya gəlmir. Narkotikdən tutmuş məhkumluğa qədər söhbət var. Başqasının adıyla qeydiyyatdan keçib işə çıxması da deyilir.



Tribunainfo.az xəbər verir ki, bu barədə danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qanunla bütün taksilərdə sürücü haqqında məlumat lövhəsi olmalıdır, ancaq heç bir taksidə belə lövhə yoxdur:

“Bolt-u qınamıram. Çünki nəzarət qəlizdir. Sistemə baxırsan ki, qeydiyyatdan Samir keçib. Amma xəttə çıxan Anar Nəcəfov olub. Vətəndaş hardan bilsin ki, kim kimdir? Qanuna görə, taksidə sürücü barədə məlumat lövhəsi olmalıdır. Hələ də yoxdur”.
Nigar İxtiyarqızı