09 aprel 2025
73
Keçmiş deputat vətəndaşın 200 minə yaxın pulunu qaytarmır
“Kəpəz-M” MTK-nın sahibi, keçmiş deputat Mahir Aslanov Xırdalan sakini Hüseynağa Heydərovun 200 min manata yaxın pulunu qaytarmadığını iddia edir.Bu barədə Ölkə.az-a şikayətçi Hüseynağa Heydərov məlumat verib.
Onun sözlərinə görə, bir neçə il öncə Xırdalanda “Kəpəz” MTK-ya məxsus 12 mərtəbəli binadan üç mənzil alıb:
“Sonra eyni mənzilləri başqalarına da satıb. Hətta mənim 1 mənzilə çıxarışım da olub. O mənzili götürüb başqasına satıb. Bizi sonra məhkəməyə verib, evlərimizin çıxarışını ləğv etdirdi. Biz Apellyasiya Məhkəməsinə müraciət etdik. Apellyasiya Məhkəməsi məsələni qüvvədə saxladı. Sonra biz Ali Məhkəməyə verdik. Çox yerə şikayət etmişik. Heç bir xeyri yoxdur.
Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını tamamilə ləğv edib. Ayın 14-ü Apellyasiya məhkəməsidir. Təzədən işə baxılacaq. Ali Məhkəmədən sonra qərar təsdiq olunsa, bizim evlərimiz demək olar ki, əlimizdən çıxır. 200 min manata yaxın pulum batacaq”.
Qeyd edək ki, ötən həftələrdə sabiq deputatın Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında “Kəpəz MTK”ya məxsus hündürmərtəbəli yaşayış binasının dam hissəsində aparılan işlər dayandırılıb.
Onu da əlavə edək ki, yerli mətbuatda yayılan məlumatlara görə, “Kəpəz MTK” sabiq millət vəkili Mahir Aslanova məxsusdur. Bundan başqa, onun biznesinə “Happy inn” hotel, “Kəpəz Hospital” və “Kəpəz Group”un da daxil olduğu bildirilir.
Oxşar Xəbərlər:

Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... -NARAZILIQ VAR...
Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"

Hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTI: AR CPM-nin 293.1. və 293.3.7 maddələri –HA-HA-HA SAVADSIZLIQ, YOXSA SAXTAKARLIQ?!

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI