06 aprel 2025
38
ABŞ-da görünməmiş daşqınlar: Çox sayda ölən var

Yenimeydan.info CNN-ə istinadən xəbər verir ki, daşqınlards azı 16 nəfər həlak olub.
Fırtına Proqnoz Mərkəzinin məlumatına görə, Ohayo Vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilib.
Yağış təcili evakuasiyalara və yolların bağlanmasına səbəb olub. Təkcə şənbə günü 6000-dən çox uçuş gecikməsi və elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi qeydə alınıb. Meteoroloqlar üç günlük leysan yağışını “qasırğa mövsümü olmayan dövrdə görünməmiş” adlandırıblar.

Oxşar Xəbərlər:

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər

Əhali üçün elektrik enerjisinin qiyməti bu qədər oldu

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

“Azərenerji” ASC-nin 2 milyardlıq zərəri, milyardlıq krediti və sədrinin 1 töhməti var

“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ