04 aprel 2025
16
DİN Qənirə Ataşovanı şantaj edənlə bağlı tədbir gördü

Qənirə Ataşova buna görə Daxili İşlər Nazirliyinə təşəkkür edib: “Bir müddətdir ki, TikTok sosial şəbəkəsində mənim və ailə üzvlərimin ünvanına təhqiredici məlumatlar paylaşan bir hesab fəaliyyət göstərirdi. Süni intellektdən istifadə edənlər elə düşünürdülər ki, tapılmayacaqlar. Məsələ hüquq-mühafizə orqanlarının nəzarətində idi və qısa müddət ərzində həmin hesab müəyyən olunaraq silindi.
Eyni zamanda təhqir yazan hər kəsə bir mesaj vermək istəyirəm: istər gizli adlardan istifadə edin, istərsə də VPN-lə gizlənməyə çalışın – unutmayın ki, sosial mediada heç nə gizli qalmır. Yazdığınız hər bir cümlə, istifadə etdiyiniz telefon, internet dalğası, hətta yazarkən barmağınızın toxunduğu ekran və gözünüzün rəngi belə iz qoyur. İnsanlar haqqında şər-böhtan, təhqir və şantaj xarakterli paylaşımlar etməzdən əvvəl düşünün. Dövlət bütün bu prosesləri izləyir və lazım gəldikdə sizin kimliyinizi də müəyyənləşdirə bilir”.
Qeyd edək ki, bir müddət əvvəl jurnalist Qənirə Ataşova sosial şəbəkədə bəzi şəxslərin onu təhdid və şantaj etməsi ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına çağırış etmişdi.
Xatırladaq ki, Q.Ataşova bir müddət öncə saxta diplomlu estetik həkimlərin siyahısını yaymışdı və bu məsələ Azərbaycanda ciddi səs-küy doğurmuşdu.

Oxşar Xəbərlər:

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Siqareti tərgitməyə qərar verənlər üçün xatırlatma

DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat