04 aprel 2025
14

Moskvaya PUA hücumu oldu


Moskvaya daha bir PUA hücumu olub

          Gecə saatlarında Moskvaya pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. 
Rusiya mətbuatı xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin məlumat yayıb.
“Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan pilotsuz uçuş aparatının hücumunu dəf edib. Fövqəladə hallar xidmətinin mütəxəssisləri dağıntıların olduğu yerdə işləyirlər”, - o qeyd edib.
Bildirilib ki, təhlükə ilə əlaqədar bütün paytaxt hava limanları - Şeremetyevo, Vnukovo və Domodedovo fəaliyyətini dayandırıb.