04 aprel 2025
15
Dollar kəskin UCUZLAŞDI

Floridaya uçmazdan əvvəl tariflərin ABŞ fond bazarına təsirindən danışan Tramp “hesab edirəm ki, hər şey çox yaxşı gedir” deyib. O, jurnalistləri əmin edib ki, “bazarlar çiçəklənəcək. Ölkə sürətli inkişaf yaşayacaq”.
Qeyd edək ki, Trampın rüsum qərarı açıqlanandan ötən 24 saat ərzində Amerikanın texnologiya nəhəngləri 2 trilyon dollar itiriblər. Onların yanvardan bəri itkiləri 7 trilyon dolları keçib. Qərarın açıqlandığı gün ABŞ fond bazarında ticarət əsas kotirovkaların azalması başlayıb. Azalma 2,9-4,6 faiz təşkil edib.
Həmçinin ABŞ dolları 6 valyutalı səbətə qarşı 1.5 faiz, ayrıca avroya qarşı 2.26 faiz(1 dollar = 1.11 avro) dəyərsizləşib.
Qeyd olunur ki, dollar son iki ildən çox müddətdə ən böyük günlük itkisini yaşayıb. Makro treyderlər Trampın ticarət tərəfdaşlarına qarşı tarifləri açıqlamasının ardınca ABŞ dollarını kütləvi şəkildə satırlar.
Musavat.com

Oxşar Xəbərlər:

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

İdxalda 1 ayda milyard dollara yaxın artım - GÖMRÜK KOMİTƏSİ PREZİDENTİ ALDADIB

Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?

Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu