04 aprel 2025
13
AYNA-dan 1.2 milyonluq tender: “GREEN CLEANİNG”lə bir ildə iki dəfə anlaşıb

Bildirilir ki, tender Bakı şəhərinin müxtəlif ünvanlarında quraşdırılmış predmetlərin əsaslı təmizlənməsi, dezinfeksiya, dezinseksiya, deratizasiya və s. xidmətlərinin satın alınması məqasədi ilə keçirilib. Müsabiqənin qalibi isə “GREEN CLEANİNG” MMC olub. Bu şirkətlə AYNA işlərin görülməsi üçün 1 milyon 129 min 850 manata anlaşıb.
Qeyd edək ki, AYNA ötən il də eyni şirkətlə satınalma müqaviləsi bağlayıb. Tribunainfo.az-ın araşdırmasına görə, 2024-cü ildə bağlanılan müqavilə üzrə görülmüş işlərin həcmi son tenderdəkindən daha çox olub. Belə ki, Bakı şəhərinin müxtəlif ünvnlarında quraşdırılmış avtobus dayanacaqları, məhəccərlər, yol və piyada nişanları, həmçini AYNA-nın balansında olan bina və qurğuların əsaslı təmizlənməsi və s. xidmətlərin satın alınmasına 953 min 234 manat xərclənib.
Nəzərinizə çatdıraq ki, bu şirkətin konkret olaraq hansı tarixdə yarandığı barədə heç bir məlumat yoxdur. Hətta şirkətin rəsmi saytında belə bu barədə bilgi mövcud deyil. Bəlli olan isə odur ki, “GREEN CLEANİNG” MMC faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, 605-ci məhəllə, Azad Mirzəyev küçəsi, 6C ünvanında əyləşir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Fərda Uğur

Oxşar Xəbərlər:

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

İbrahim Cəfərov bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurub -DE-FAKTO

Rəfail Mehralıyevin yeznəsi milyonları BELƏ XIRID EDİR..

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)

Prezident əfv sərəncamı imzaladı – SİYAHI