04 aprel 2025
12
Sahib Məmmədov kimi seçdi, kimə qapı göstərdi – adlar

Həmçinin digər bir müavin – Cavanşir Alxasovun da adına rast gəlinmir. Bununla yanaşı, maliyyə şöbəsinin müdiri Qalib Qəribovun da vəzifəsində qalıb-qalmadığı məlum deyil. Ancaq digər müavinlərlə işə davam edən Sahib Məmmədovun xüsusən birinci müavin İlyas Əliyevlə sıx əlaqələr qurduğu iddia olunur.
İlyas Əliyev təcrübəlidir Möhbalıyev dövründə bütün qeyri-rəsmi məsələlərdə iştirak etdiyi deyilir. O, 1996-ci ildən sədr müavini olub. 1998-ci ildən isə birinci müavindir. Ona görə maliyyə maxinasiyalarına qarışmaması mümkün deyil və Möhbalıyevlə birlikdə bu işləri həyata keçirdikləri istisna edilmir.
Xatırladaq ki, Sahib Məmmədov ötən il sədr vəzifəsinə gətirilib. Lakin bir il ərzində AHİK-in fəaliyyətində hər hansı xüsusi dəyişiklik müşahidə olunmayıb. Əslində, qurumda köklü islahatlar həyata keçiriləcəyi gözlənilir. Bu baxımdan, qurumun qarşısına qoyduğu hədəfləri, verilən tapşırıqların icrası ilə bağlı AHİK rəhbərliyinə suallarımızı ünvanlamağa hazırıq.
Gülşən Rəsul

Oxşar Xəbərlər:

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

Səttar Möhbalıyev həbs edilir? - Köçürülən milyonlar, hotelləri, müavini İlyas Əliyevin əmlakları, Qalib Qəribovun aylıq gəliri 500 min manat...

AHİK-də 50 milyonluq korrupsiya: müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı… – ARAŞDIRMA/RƏY

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)

Prezident əfv sərəncamı imzaladı – SİYAHI