Azərbaycanda səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bakıdan paylaşım edib.Yenimeydan.info xəbər verir ki, Almaniya lideri rəsmi instaqram hesabında Bakı şəhərinin mənzərəsini, eləcə də Prezident İlham Əliyevlə görüşündən foto paylaşıb. O bildirib ki, İlham Əliyevlə görüşdə Almaniya və Azərbaycan arasında münasibətlər, eləcə də Ermənistanla sülh prosesi müzakirə olunacaq.