29 mart 2025
118
“Pezeşkian istefa versin”
İranda islahatçıların nümayəndələri ilə prezident Məsud Pezeşkian arasında münasibətlərin sərinləşməsi müşahidə olunurYenimeydan.info xəbər verir ki, son günlər baş qaldırmış bu tendensiya, artıq yeni tələb şəklində özünü göstərməyə başlayıb.
Ötən gün islahatçıların əsas nümayəndələrindən biri Abbas Abdi bəyan edib ki, Pezeşkian işinin öhdəsindən gələ bilmir.“Pezeşkian indiyə qədər verdiyi vədləri yerinə yetirə bilmirsə, istefa verib getsin”.
O deyib ki, sosial şəbəkələr üzərindən qadağanın götürülməsini reallaşdıra bilməyən bir dövlət başçısı, başqa iri vədləri yerinə yetirə bilməz.
Uğur Rəhimli
Oxşar Xəbərlər:

Pezeşkianın istefa xəbəri: İranda dəhşətli proseslər gedir

İranda siyasi böhran: İmpiçmentlər, istefalar, güc mübarizəsi - TƏHLİL

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
“İranda vəzifədə olanların böyük əksəriyyəti azərbaycanlılardır” - deputat

Əmlak Məsələləri Dövlət Xidməti işinin ÖHDƏSİNDƏN GƏLMİRSƏ