11 yanvar 2025
5
Bu şəxslərə yeni mənzillər veriləcək
Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün mütəmadi olaraq mühüm addımlar atılır. Bununla bağlı dövlət tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam etdirilir.
Yenimeydan.info Trend-ə istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində daha bir rayonda - Zərdabda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.
Belə ki, sözügedən rayonda 18 ədəd ikiotaqlı, 12 ədəd üçotaqlı mənzil əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə təhvil veriləcək.
Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə başlayıb.
Agentlik sözügedən şəxslərin mənzillərlə təmin olunmasının 2,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, qurum daha öncə Neftçala, Saatlı və Salyanda da əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması ilə bağlı müvafiq işlərə başlayıb.

Oxşar Xəbərlər:
1.2 milyona tikilən 20 evin HOQQASI: Satınalma ""İŞİ"nə girişən Mehman Məmmədov KİMDİR?
Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar
İqtisadiyyat Nazirliyi 2,5 milyonluq tender udan 72 yaşlı qadına belə haqq qazandırır
72 yaşlı TENDERYEYƏN..
Prezident əfv sərəncamı imzaladı – SİYAHI