10 yanvar 2025
5
Xırdalan və Sumqayıt sakinlərinə metro müjdəsi
“Bakı Metropoliteni” QSC-nin tikilməsi planlaşdırılan yeni stansiyalarının 6-sı Bənövşəyi xətt, 4-ü Yaşıl xətt üzrə olacaq.
Yenimeydan.info xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda mətbuat konfransında çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, artıq 6 stansiyanın yeri müəyyənləşdirilib.
“Bənövşəyi xəttin inkişaf etdirilməsi ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə olan sərnişin axınını daha səmərəli tənzimləmək üçün metronun mühüm tranzit rolunun gücləndirilməsi planlaşdırılır”, - deyə nazir müavini əlavə edib.
Oxşar Xəbərlər: