10 yanvar 2025
7
Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri Bahadur Rzayev vəzifəsindən azad edilib.
Mia.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Bahadur Rzayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müşaviri təyin olunub.
Qeyd edək ki, Bahadur Rzayev 1996-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavriat, İstanbul Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb.
Eyni zamanda, 2022-2026-cı illər üzrə Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingham Universitetində "Healthcare Policy and Management" ixtisası üzrə magistratura təhsilini başa vurub. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament müdiri vəzifəsində çalışıb./Qaynarinfo
Xatırladaq ki, AHİK-in yeni sədri bununla özünə sayca 5-ci müşavir götürüb.
Digər maraqlı məqam isə departament müdirinin, əslində, köməkçi sayılan müşavir postuna görə Agentlikdən niyə imtian etməsi barədə açıq sualdır.
MİA.AZ
Oxşar Xəbərlər:
Səttar Möhbalıyev həbs edilir? - Köçürülən milyonlar, hotelləri, müavini İlyas Əliyevin əmlakları, Qalib Qəribovun aylıq gəliri 500 min manat...
AHİK-də 50 milyonluq korrupsiya: müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı… – ARAŞDIRMA/RƏY
Pensiya yaşını keçmiş DEPUTATLAR - SİYAHI
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI