01 oktyabr 2024
41
Dəmir Yollarında NƏ BAŞ VERİR? - İşçilərə TƏZYİQ OLUNUR?
"“Azərbaycan Dəmir Yolları” QSC korrupsiya faktlarını gizlətmək üçün işçilərinə təzyiq göstərir". Dia-az.Media xəbər verir ki, bunu öz müraciətində Eldar Güləliyev adlı işçi qeyd edib.
"Mən, 42 il stajlı dəmiryolçuyam" deyə özünü tanıdan Güləliyevin müraciətində dhaa sonra deyilir: "“Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentində baş verən korrupsiya halları, dövlət büdcəsinin talanması barəsində Baş Prokurorluğun Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 qaynar xəttinə müraciət etmişəm. Onlar tərəfindən müaciətim araşdırılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilib. Oradan mənimlə “Daxili nəzarət və audit şöbə” sinin rəisi Elturan Əkbərzadə əlaqə saxlayaraq məlumatları araşdırdıqlarını bildirib. Lakin sonradan məlum olub ki, onlar qanunu pozaraq müraciətimi ADY QSC-yə göndəriblər. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununa əsasən barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə bağlı məlumatların araşdırılması həvalə edilə bilməz. Sonra ADY QSC-dən Qasım adlı şəxs gələrək, yerində araşdırmış və göstərdiyim faktlar öz təsdiqini tapmışdır. Qasım mənə bildirdi ki, bu məlumatları prokurorluğa göndərəcəklər, lakin məndən bunun müqabilində bir daha heç yerə şikayət etməyəcəyim barədə ərizə yazmağı tələb etdi. Məndə ona inanaraq bu ərizəni ona təqdim etdim. Lakin, bir neçə gün sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinindən mənə cavab gəldiyi zaman aldadılğımı anladım. Belə ki, cavabda ADY-nin araşdırma apardığı və göstərdiyim məlumatların öz təsdiqini tapmaması bildirilirdi, halbuki hər şey öz təsdiqini tapmışdı.
Ona da qeyd edim ki, məni prorkurorluğa şikayət etdiyimə görə işdən də azad ediblər və mənə düşən təzminatıda ödəməyiblər.
Mən Elturan Əkbərzadə ilə əlaqə saxlayaraq niyə müraciətimi, barələrində şikayət etdiyim ADY-yə göndərdiklrini və fakrların öz təsdiqinin tapdığı halda niyə belə cavab verdiklərini soruşdum, bildirdi ki, get hara istəyirsən şikayət et.
Maraqlıdır, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəyə görə “Azərbaycan Dəmir Yolları” QSC-də baş verən korrupsiya hallarını ört-bastır etməyə çalışır, yoxsa onlar şərikdirlər?!"
Oxşar Xəbərlər:
“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi monopoliya yaradır — İş adamından SENSASİON AÇIQLAMALAR…
“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat